Türkiyədə prokuror avtobus sürücüsünə hücum etdi - VİDEO

13 İyun 2026 16:39

Türkiyənin Adapazarı rayonunda baş verən yol mübahisəsi gündəm olub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə zamanı bir prokurorla mikroavtobus sürücüsü arasında yaranan gərginlik nəqliyyat vasitələrinin kamerası tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəflər arasında mübahisənin böyüdüyü və ətrafdakı şəxslərin də hadisəyə müdaxilə etdiyi görünür.

Məlumata görə, insidentdən sonra Sakarya Respublika Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Bildirilib ki, məsələnin araşdırılması zamanı heç bir şəxsə xüsusi imtiyaz tanınmayacaq.

Hadisədə iştirak edən sürücü və digər şəxslərlə bağlı hüquqi prosedurlar başladılıb. Eyni zamanda prokuror haqqında da təhqir, yüngül xəsarət yetirmə və nəqliyyat vasitələrinin hərəkətinə mane olma iddiaları üzrə araşdırma aparıldığı qeyd olunub.

Bundan əlavə, başqa bir nəqliyyat vasitəsini qəsdən izləmək və nəqliyyat vasitəsindən enərək qarşıdurma yaratmaq iddiası ilə bağlı inzibati araşdırmanın da başlandığı bildirilib.

Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Musa