Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

12 İyun 2026 23:51

"TikTok"da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb.

Milli.Az xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

Milli.Az