İdman ayaqqabılarındakı arxa halqa detalı ayaqqabının daha rahat geyilməsini təmin edir, eyni zamanda ayağın içəridə daha yaxşı sabitlənməsinə kömək edir. Xüsusilə qaçış və yürüş zamanı komfortu artıran bu kiçik dizayn elementi ayaqqabının qurudulmasında da praktik istifadə imkanı təklif edir.
Milli.Az xəbər verir ki, idman ayaqqabılarının daban hissəsində yerləşən kiçik halqa (ilmə) sadəcə vizual bir detal deyil. Bu xüsusiyyət ayaqqabını geyinərkən rahatlıq yaratmaqdan tutmuş ayağın daha yaxşı tənzimlənməsinə qədər bir neçə məqsədə xidmət edir.
Ayaqqabını geyinərkən halqa necə istifadə olunur?
Bir çox insan idman ayaqqabısını geyinərkən bu halqadan instinktiv olaraq tutur və çəkir - bu, tamamilə doğru üsuldur. Həmin detal ayaqqabının daban hissəsinin əzilməsini, formasının pozulmasını əngəlləmək və daban üzərinə düşən gərəksiz təzyiqi azaltmaq üçün layihələndirilib.
Düzgün istifadə qaydası:
Halqanı barmaqlarınızla və ya hər iki əlinizlə tutun.
Eyni anda ayağınızı ayaqqabının içinə doğru itələyin və dabanınızı yüngülcə yönləndirin.
Parçanın və ya tikişlərin zərər görməməsi üçün həddindən artıq güc tətbiq etməkdən çəkinin.
Bu üsul xüsusilə ayağı tam sıxan idman ayaqqabılarında və ya boğazı hündür (böyük) modellərdə olduqca faydalıdır.
"Qaçışçı bağlama texnikası" və sabitləşdirmə effekti
Ayaqqabıların arxasındakı bu ilmə bəzi modellərdə "qaçışçı bağlaması" kimi tanınan xüsusi bağlama sisteminin bir hissəsi kimi də istifadə olunur. Bu texnika xüsusilə uzunmüddətli yürüş və qaçış zamanı ayağın ayaqqabı içində sürüşməsini önləmək üçün hazırlanıb.
Əsas məqsədləri:
Dabanın sabitlənməsini təmin etmək
Ayaq daxili sürtünməni azaltmaq
Dabanda bərkimə və qabarın yaranma riskini aşağı salmaq
Tətbiqi isə olduqca sadədir: Bağcıqların ən üst dəliklərindən istifadə edilərək əlavə bir halqa formalaşdırılır. Bağcıqlar çarpaz şəkildə bu halqalardan keçirilir. Sıkıca bağlandıqdan sonra daban nahiyəsi daha stabil və hərəkətsiz hala gəlir. Nəticədə ayaqqabı ayağı daha yaxşı bürüyür və idman fəaliyyətlərində komfort artır.
Bu kiçik detalın digər bir praktik istifadə sahəsi isə ayaqqabıları qurutmaqdır. Xüsusilə yağışdan sonra, məşq bitdikdə və ya yuyulma prosesinin ardınca olduqca effektivdir.
Üstünlükləri:
Ayaqqabılar bağcıq və ya birbaşa bu halqa köməyi ilə iplərdən asıla bilər.
İçəri hissədə hava dövranı (sirkulyasiyası) artır.
Daha sürətli və balanslı quruma təmin edilir.
Hər idman ayaqqabısında bağcıq halqası olurmu?
Xeyr, bu xüsusiyyət hər modeldə mövcud deyil. Sürətli geyinmə asanlığı və daha yaxşı fiksasiya tələb olunduğu üçün, bu detal əsasən qaçış, yürüş və sırf performans yönümlü idman ayaqqabılarında üstünlük təşkil edir.
Bəzi modellərdə niyə iki halqa var?
Bəzi xüsusi dizaynlarda iki fərqli ilmə yer ala bilər. Bunlardan biri ayaqqabını geyinərkən rahatlıq yaradır, digəri isə əlavə sabitləşdirmə və ya xüsusi bağcıq sisteminin tərkib hissəsi kimi funksiya daşıyır. Həmçinin bu, daban hissəsinin dözümlülüyünü artırmaq məqsədi də güdür.
Lalə Qüdrətova
Milli.Az