Qana millisinin yarımmüdafiəçisi Tomas Parti DÇ-2026 üçün Kanadaya səfər vizası ala bilməyib.
Milli.Az xəbər verir ki, 32 yaşlı futbolçu bu səbəbdən iyunun 18-də Panama millisinə qarşı Kanadada keçiriləcək oyunu buraxacaq.
Partiyə viza verilməməsi ilə bağlı qərar Kanada hökuməti tərəfindən qəbul edilib.
Kanada hökumətinin rəsmi qaydalarında qeyd olunur ki, cinayət törətmiş və ya cinayətə görə ittiham olunmuş şəxslərin ölkəyə girişinə icazə verilməyə bilər.
Tomas Parti 2025-ci ilin iyulunda - "Arsenal"da çıxış edərkən London polisi tərəfindən bir neçə təcavüzlə bağlı ittiham olunub. Qanalı futbolçu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və məhkəmə prosesini gözləyir.
Xatırladaq ki, DÇ-2026-nın oyunları ABŞ, Kanada və Meksikada keçirilir. (qol.az)
Milli.Az