Tramp müharibənin bitdiyini elan etdi

12 İyun 2026 21:33

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən gərginliyin sona çatmasına doğru mühüm irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında böyük kompromis əldə edilib və yekun saziş yaxın günlərdə Avropada imzalana bilər.

"İranın xarici işlər naziri Əraqçinin müqavilə ilə bağlı paylaşımını çox müsbət hesab etdim".

Milli.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Axios"a müsahibəsi zamanı deyib.

Tramp İran tərəfinin müqavilə ilə bağlı yalan məlumat verdiyinə görə gizli şəkildə üzr istədiyini deyib.

"Hələ də müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram. İran dövlət mediasının Tehranın müqaviləni imzaladıqdan dərhal sonra milyardlarla dollarlıq dondurulmuş aktivləri alacağı barədə xəbərləri ilə bağlı ictimaiyyətə açıqlama tələb etdim", - Tramp əlavə edib.

Milli.Az