Qusarda baba çayda boğulub, nəvəsini polis xilas edib - FOTO

12 İyun 2026 18:32

Qusar rayon sakini çayda boğulub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı Qusar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən sudan çıxarılıb.

Hadisə zamanı nəvəsini xilas etmək üçün özünü suya atan 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az