Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO

12 İyun 2026 17:55

17 yaşlı gənc pianoçu yüksək peşəkarlıq, səhnə mədəniyyəti və ifa etdiyi əsərlərin dərin musiqi məzmununu anlama bacarığını nümayiş etdirib. Şükranın çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.

Şükran Cəfərova respublika və beynəlxalq müsabiqələr laureatı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdidir. Pianoçunun ilk müəllimi bacısı olub və Şükran bu gün də musiqi təhsilini onun - Aydan Cəfərovanın sinfindədavam etdirərək məktəbdə sonuncu tədris ilini başa vurur.

Konsert proqramında J.S.Bach, L.v.Beethoven, F.Chopin, C.Debussy və Tofiq Quliyevin əsərləri səsləndirilib. İfalar incə bədii zövq, emosional dərinlik və yüksək ifaçılıq ustalığı ilə seçilib. Proqramda təqdim olunan hər bir əsərdən sonra zalı gurultulu və uzun sürən alqışlar bürüyüb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az