Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO

12 İyun 2026 15:55

Türkiyənin ən məşhur istirahət mərkəzlərindən biri hesab olunan Bodrum son günlər fərqli səbəblə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bir vaxtlar yerli və xarici turistlərin axın etdiyi kurort bölgəsində bu mövsüm gözlənilən canlanmanın müşahidə olunmadığı bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi çimərliklərin, restoranların və küçələrin əvvəlki illərlə müqayisədə daha sakit olduğu görünür.

Türkiyə vətəndaşları paylaşdıqları videolarda bunun əsas səbəblərindən birinin qiymət artımları olduğunu iddia edirlər. İstifadəçilər hotellərdə, restoranlarda və digər xidmət sahələrində müşahidə olunan bahalaşmanın turist sayına təsir etdiyini qeyd edirlər.

Mövzu ilə bağlı yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri qiymətlərin həddindən artıq yüksəldiyini bildirərkən, digərləri isə mövsümün hələ davam etdiyini və turist sayının sonrakı aylarda arta biləcəyini vurğulayıblar.

Bodrumla bağlı yayılan bu paylaşımlar maraqla qarşılanıb və geniş rezonans doğurub.

Musa