Bakıda 22 yaşlı narkokuryer tutuldu

12 İyun 2026 14:58
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

Milli.Az xəbər verir ki, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Onun üzərinə baxış zamanı təxminən 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, C.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. 

Aysel