Tailandda şahzadənin vəfatı ilə əlaqədar 15 günlük matəm elan olunub
Milli.Az xəbər verir ki, Tailand hökuməti şahzadə Bayrakitiyabha Narendira Debyavatinin vəfatı ilə bağlı ölkə üzrə 15 günlük matəm rejimi tətbiq edib.
Qərara əsasən, bu müddət ərzində dövlət qurumlarında və təhsil müəssisələrində bayraqlar yarıya endiriləcək, rəsmi tədbirlərdə isə matəm qaydalarına riayət olunacaq. Dövlət məmurları və bir çox ictimai qurum əməkdaşlarının qara və ya tünd rəngli geyimlərdən istifadə edəcəyi bildirilir.
Məlumata görə, şahzadə uzun müddət komada qaldıqdan sonra dünyasını dəyişib. Hadisə ölkədə dərin kədər və geniş rezonans doğurub.