Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü

12 İyun 2026 13:06

Masallı rayonunda cinayət hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Masallının Şıxlar kəndində qeydə alınıb. 

Kənd sakini, 1957-ci il təvəllüdlü Elmira Əmənovanın balta ilə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.  

Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Cinayətdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.