DÇ-2026-nın açılışında ölüm hadisəsi olub

12 İyun 2026 12:38

DÇ-2026-nın açılış qarşılaşması zamanı - Meksika ilə Cənubi Afrika Respublikası milli komandaları arasında keçirilən oyunda (2:0) stadion yaxınlığında kədərli hadisə baş verib.

Milli.Az "Ole" nəşrinə istinadən xəbər verir ki, "Asteka" stadionu ətrafında Almaniya vətəndaşı olan 81 yaşlı futbol azarkeşi dünyasını dəyişib.

İlkin məlumatlara əsasən, yaşlı fanatın infarkt keçirdiyi ehtimal olunur. O, dərhal Milli Kardiologiya İnstitutuna çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək. Turnirdə 48 milli komanda 12 qrupa bölünərək mübarizə aparacaq. Ev sahibi ölkələr - ABŞ, Kanada və Meksika - yarışda birbaşa iştirak hüququ qazanıblar.