Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?

12 İyun 2026 14:41

Kurort mövsümündə dənizdə üzmək və günəş altında qalmaqla bağlı mütəxəssislər təhlükəsizlik qaydalarına riayət olunmasını vacib sayır.

Milli.Az xəbər verir ki, rusiyalı tibb mütəxəssisi Yevgeni Kudryaşovun bildirdiyinə görə, dənizdə fasiləsiz üzmə müddəti təxminən 10-15 dəqiqə olmalıdır. Bu müddətdən sonra sahilə çıxaraq dincəlmək və bədəni isinmək tövsiyə edilir. Üzmə ilə istirahətin növbələşdirilməsi orqanizmin temperatur dəyişikliklərinə daha rahat uyğunlaşmasına kömək edir.

Həkim qeyd edir ki, suda uzun müddət qalmaq bədənin soyumasına, damar spazmlarına və ürək-damar sisteminə əlavə yükün yaranmasına səbəb ola bilər. Eyni zamanda günəş şüalarının suda əks olunması başın həddindən artıq qızmasına və damarların genişlənməsinə gətirib çıxara bilər.

Günəş vannaları üçün ən uyğun vaxt səhər 07:00-10:00 və günortadan sonra 16:30-dan sonradır. 11:00-16:00 aralığı isə günəşin ən aktiv və riskli dövrü hesab olunur və bu vaxt açıq günəş altında qalmaq məsləhət görülmür. 

Asya