Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb.
Milli.Az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.