Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO

12 İyun 2026 13:56

Türkiyəli müğənni Işın Karaca keçirdiyi böyük dəyişikliklə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, uzun müddət davam edən arıqlama prosesinin nəticələrini bölüşən sənətçi ümumilikdə 72 kiloqram çəki atdığını bildirib. O, əldə etdiyi nəticəni həyatındakı ən böyük uğurlardan biri kimi qiymətləndirib.

Işın Karaca dəyişimini "36 bədənlik zəfərim" sözləri ilə ifadə edərək keçdiyi yolun asan olmadığını vurğulayıb. Müğənni qeyd edib ki, məqsədinə çatmaq üçün uzun müddət əzmlə çalışıb və sağlam həyat tərzinə üstünlük verib.

Sənətçinin yeni görünüşü sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun qətiyyətini və əldə etdiyi nəticəni təqdir edərək çoxsaylı dəstək mesajları paylaşıblar.

Işın Karacanın açıqlamaları və son görüntüləri geniş müzakirələrə səbəb olub.

Musa