Yay aylarında müşahidə olunan iştahasızlıq vacib qida maddələrinin çatışmazlığına səbəb olarsa, bu vəziyyət insanın enerji səviyyəsinə və gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bu barədə həkim-ginekoloq, endokrinoloq və klinik nutrisioloq Natalya Firsova danışıb.
Mütəxəssis bildirib ki, yüksək temperatur şəraitində iştahanın azalması orqanizmin normal fizioloji reaksiyalarından biridir. Çünki ağır və kalorili qidaların həzmi daha çox enerji tələb edir, bu proses isə əlavə istilik yaranmasına səbəb olur. İsti havalarda isə orqanizm əsasən bədən temperaturunu sabit saxlamağa çalışır.
Onun sözlərinə görə, məhz bu səbəbdən yay mövsümündə insanlar yağlı yeməklərə, iri porsiyalara və ağır xörəklərə daha az meyil göstərirlər. Bu hal adətən narahatlıq doğurmur və normal hesab edilir.
Lakin Firsova vurğulayıb ki, problem qidalanmanın yalnız miqdarının deyil, keyfiyyətinin də azalması ilə ortaya çıxır. Əgər orqanizm kifayət qədər zülal, vitamin, mineral maddə və maye qəbul etmirsə, nəticədə enerji çatışmazlığı, halsızlıq, diqqətin zəifləməsi və əmək məhsuldarlığının aşağı düşməsi kimi hallar yarana bilər.
Asya