Şəmkir rayonunun ərazisində yerləşən kafelərdən birində qətl hadisəsi baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, hadisə S.Tağıyevlə həmyerlisi, 1998-ci il təvəllüdlü F.Həsənov arasında baş verən mübahisə zamanı qeydə alınıb. Mübahisə nəticəsində F.Həsənov S.Tağıyevi kəsici alətlə vurub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində F.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.