İyunun 11-i saat 22 radələrində Ağdaş rayonu Ləki kəndi ərazisində "DAF" markalı yük avtomobilində yanğın hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, Nurlan Allahverdiyevin idarə etdiyi avtomobilə ildırım düşməsi nəticəsində nəqliyyat vasitəsində alovlanma qeydə alınıb.
Yanğın zamanı avtomobilin yanar konstruksiyaları və yük hissəsində yerləşən soyuducular yanaraq sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.