Türk Hava Yollarının İstanbuldan Antalyaya uçan "TK2430" nömrəli reysində gözlənilməz hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, Antalya Hava Limanına eniş etdikdən sonra dayanacaq sahəsinə doğru hərəkət edən "Boeing 777" tipli təyyarənin sağ qanadı hava limanında yerləşən yerüstü radar sisteminin antena dirəyinə dəyib.
THY-nin Kommunikasiya Direktoru Yəhya Üstün bildirib ki, hadisə zamanı təyyarədə olan 267 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alsa da, onun vəziyyətinin qənaətbəxş olduğu qeyd olunub.
Hadisədən sonra təyyarənin istismarı dayandırılıb, ərazi nəzarətə götürülüb və insidentin səbəblərinin araşdırılması üçün texniki yoxlamalara başlanılıb.