Sabah Sabunçu, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Milli.Az-ın məlumatına görə, buna səbəb təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdı.
Bununla əlaqədar iyunun 12-si saat 10:00-dan etibarən Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Milli.Az