Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

11 İyun 2026 22:31

Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. O, təcili tibbi yardıma müraciət etdiyini bildirib:

"Səhər yenə ölürdüm. Danışa bilmirdim, ağzım söz tutmurdu. Hər şeyi yavaşladılmış formada görürdüm. Təcili yardıma getdim, mənə kofein vurdular. Çox pis idim, indi özümə gəldim, beynim açıldı".

Milli.Az