"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO

11 İyun 2026 21:14

Son olaraq "A.B.İ" serialında "Tahir Hancıoğlu" obrazını canlandıran tanınmış aktyor Tarık Papuççuoğlunun səhhətində ciddi problem yarandığı məlum olub.

Milli.Az xəbər verir ki, 77 yaşlı aktyorun aprel ayında keçdiyi rutin müayinələr zamanı ürək damarlarında ciddi tutulma aşkarlanıb. Həmin dövrdə serial çəkilişləri davam etdiyi üçün Tarık Papuççuoğlu müalicəni bir müddət təxirə salmaq məcburiyyətində qalıb.

Ssenari üzrə çəkilişlərini tamamladıqdan sonra aktyor Bodrumda uğurlu əməliyyat keçirib və onun 4 ürək damarı dəyişdirilib. Hazırda aktyorun səhhətinin yaxşı olduğu bildirilir. (Axşam.az)

Milli.Az