Rusiyada erməni məhsulları ilə bağlı qərar verildi

11 İyun 2026 20:31

12 iyun tarixindən etibarən Ermənistandan Rusiyaya bütün karantin məhsullarının tədarükü məhdudlaşdırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

"12 iyun tarixindən etibarən "Rosselxoznadzor" Ermənistandan bütün karantin məhsullarının, eləcə də Rusiya ərazisindən tranzit olaraq Aİİ üzv dövlətlərinə idxalını məhdudlaşdıracaq. Qadağa göndərilən malların təhlükəsizliyini və izlənilə bilməsini təmin etmək üçün xüsusi bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq", - məlumatda deyilib.

Qeyd olunub ki, qurum bu ilin may ayından etibarən Ermənistanın müəyyən növ karantin məhsullarının idxalını tədricən məhdudlaşdırır və həmçinin təchizatdakı fasilələr barədə dəfələrlə Ermənistan tərəfinə məlumat göndərib.

Milli.Az