Arzusu çin olan azarkeş - FOTO

11 İyun 2026 20:20

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilə görüşmək arzusunda olan azarkeş üçün maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, uzun müddətdir bu görüşü gözləyən fanat klubun bazasında qonaq edilib və ona komandanın forması təqdim olunub.

Daha sonra azarkeş baş məşqçi və futbolçularla görüşərək xatirə şəkilləri çəkdirib.

Milli.Az