Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisindəki süni göldə batan 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənovun və 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibovun meyitini aşkar edərək, sudan çıxarıblar.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş.
Milli.Az