74 yaşlı kişi laqunda ilə ayağını doğradı - Öldü

11 İyun 2026 15:25

Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Cağacuq kəndində baş verib.

Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə dəmir borunu kəsərkən laqunda ehtiyatsızlıqdan əlindən çıxaraq ayağını doğrayıb.

O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən kəskin qan itirməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.