Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək

11 İyun 2026 15:09
Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.

Milli.Az xəbər verir ki, layihənin əsas məqsədi məktəblilər arasında idmanın inkişafını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlığı artırmaq və istedadlı gəncləri üzə çıxarmaqdır.

Olimpiadada 59 rayon və şəhərdən 2000-dən çox məktəbli iştirak edəcək. Yarışlar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma və sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növlərini əhatə edəcək. İştirakçılar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tabeliyində olan, eləcə də Naxçıvanda fəaliyyət göstərən idman məktəblərinin yetirmələridir.

Açılış mərasimi 20 iyunda Bakı Kristal Zalında baş tutacaq, yarışlar isə 21-26 iyun tarixlərində keçiriləcək.

Aysel