"Qarabağ" klubu futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
Milli.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
"Köhlən atlar" braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və 1 qola imza atıb.