Baş verən qəzaların oxşar səbəbləri

11 İyun 2026 12:15

Səhhətində ciddi problemi olan şəxslərin avtomobil idarə etməsi ağır yol qəzalarına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Məlumatfa bildirilib ki,  qurumun məlumatına görə, son günlər bir neçə belə hadisə qeydə alınıb. Lənkəran rayonundan olan Elşad Salayevin idarə etdiyi "VAZ" markalı avtomobil Liman şəhəri ərazisində hərəkət edərkən qəfil yoldan çıxaraq ağaca çırpılıb. Eyni şəkildə Sabunçu rayonunun Maştağa qəsəbəsində də analoji yol-nəqliyyat hadisəsi baş verib. Burada Bakı sakini Davud Salamovun idarə etdiyi "Ford" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı ticarət obyektinə ziyan vurub.

Məlumata əsasən, hər iki hadisədə həyatını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdiyi ehtimal olunur. Qurum qeyd edir ki, havaların isinməsi ilə bağlı belə halların riski artır.

BDYPİ bir daha sürücülərə müraciət edərək bildirir ki, sağlamlıqla bağlı ciddi problemləri olan şəxslər sükan arxasına keçməkdən çəkinməlidirlər. Əks halda, qəfil hal pisləşməsi nəqliyyat vasitəsinə nəzarətin itirilməsinə və ağır nəticələrə gətirib çıxara bilər.

Eyni zamanda, ailə üzvlərinin də bu cür hallara laqeyd yanaşmaması vacib sayılır. Qurumun xəbərdarlığında vurğulanır ki, bir anlıq məsuliyyətsizlik həm sürücünün, həm də digər insanların həyatını təhlükəyə ata bilər. 

Aysel