Nərimanovda obyektdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

11 İyun 2026 12:22

Bakı şəhəri, Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş verən yanğın qısa müddətdə tam söndürülüb.

Bildirilib ki, yanğının genişlənməsinə imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

___________________

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş verən yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

___________________

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.