"Sevdiyim Sensin" serialının çəkilişi zamanı qeydə alınan maraqlı an sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, serialın Cihan və Nilüfər obrazlarını canlandıran aktyorların səhnə üzrə mübahisə etdiyi anlar ətrafdakı şəxslərdən birinin diqqətini çəkib. Yoldan keçən qadın baş verənlərin çəkiliş olduğunu bilməyərək hadisəni real münaqişə kimi qəbul edib.
Hadisəyə biganə qalmayan qadın aktyorların mübahisəsinə müdaxilə edərək onları sakitləşdirməyə çalışıb. Yalnız bir müddət sonra bunun serial səhnəsi olduğunu anlayıb.
Maraqlı görüntülər çəkiliş heyəti və ətrafdakı şəxslər arasında gülüş doğurub. Sosial şəbəkələrdə yayılan kadrlar izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı şərhlərə səbəb olub.
Musa