Rusiyada güclü zəlzələ oldu

11 İyun 2026 10:39

Rusiyanın Kamçatka bölgəsində - Berinq adası akvatoriyasında 6 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.