"Fənərbağça" ingiltərəli hücumçuya görə 100 milyon ödəyəcək

11 İyun 2026 10:25

Türkiyənin "Fənərbağça klubu" dünya futbolunda böyük rezonans doğura biləcək transfer əməliyyatı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli hücumçu Meyson Qrinvudin transferi üçün ciddi irəliləyiş əldə edib. İddialara əsasən, tərəflər arasında maliyyə şərtləri üzrə razılıq əldə olunub və prosesin yekun mərhələyə çatdığı bildirilir.

Transferin detallarına görə, "Fənərbağça" futbolçunun keçidi üçün "Olimpik Marsel" klubuna 50 milyon avro (100 milyon manat) əsas məbləğ və əlavə 5 milyon avro bonus ödəyəcək.

Həmçinin, futbolçu ilə 4 illik müqavilə bağlanması planlaşdırılır. Razılaşmaya əsasən, Qrinvudun illik qazancı 12 milyon avro təşkil edəcək. Müqavilədə əlavə bonus ödənişlərinin də nəzərdə tutulduğu qeyd olunur.

Məlumatlara görə, transferin ümumi maliyyə yükü təxminən 106 milyon avroya çatır. Bu səbəbdən sözügedən keçid son illərin ən bahalı və diqqətçəkən transferlərindən biri kimi dəyərləndirilir.

Rəsmi açıqlamanın isə yaxın günlərdə veriləcəyi gözlənilir.

Hüseyn