Enis Arıkan və daha 22 nəfər saxlanıldı

11 İyun 2026 10:01

Türkiyədə məşhur simaları əhatə edən narkotik və fahişəlik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı barələrində saxlanılma qərarı verilmiş 22 nəfər nəzarətə götürülüb.

Saxlanılanlar arasında tanınmış teatr və kino aktyoru Enis Arıkan da var.

Məlumata görə, şübhəlilər tibbi müayinədən keçdikdən sonra ifadələrinin alınması üçün polis idarəsinə aparılıblar.

Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bəzi tanınmış şəxslərdən götürülmüş nümunələr məhkəmə-tibbi ekspertizaya təqdim olunub. Hazırlanan rəylər istintaq materiallarına əlavə edilib.

Xatırladaq ki, mayın 21-də keçirilən əvvəlki əməliyyat zamanı da çoxsaylı məşhur şəxslər saxlanılmış, ifadələri alındıqdan sonra sərbəst buraxılmışdılar.

Fidan