57 yaşlı türk müğənni Rafet El Roman illər sonra doğulduğu Havsadakı ata evinə gedərək kövrək anlar yaşayıb.
Milli.Az xəbər verir ki, Rafet El Roman izləyicilərinə "Əziz musiqisevərlərim, hazırda hekayəmin başladığı yerdəyik: Havsa, Edirne... Mən 1968-ci ildə məhz bu evdə dünyaya gəlmişəm" deyə müraciət edib.
Bu evi xatırladığı qədər orijinal görnüşünə uyğun şəkildə yenidən bərpa etdirəcəyini bildirən Rafet El Roman "Məni sevən və unutmayan hər kəs buralardan keçərkən mütləq baş çəksin. Çünki məni sevən insanlar üçün qapım hər zaman açıq olacaq" deyə vurğulayıb. (olay)
Milli.Az