Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir

10 İyun 2026 19:43

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması qərara alınıb.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakı büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir:

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi yaradılacaq. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti təsis edilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi; Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etsin.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis"in Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkilini təmin etsin.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.

Bu Fərmanda nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi, habelə həmin qurumların maddi-texniki təminatı, əsasnamələrinin (nizamnamələrinin) təsdiqi, işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti strukturunun və ştat vahidlərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturunun və əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla zəruri tədbirlər görmək tapşırılır.

Bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun dörd ay müddətində təsdiq olunmasını təmin edilməlidir.

Bu Fərmanı tətbiqi ilə əlaqədar ştatları ixtisar olunan dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"na uyğun olaraq tədbirlər görülməlidir.

Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Milli.Az