“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi

10 İyun 2026 23:58

"Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisi Kefren Türamı transfer etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, 25 yaşlı futbolçu üçün danışıqlara start verilib.

İtaliya təmsilçisi Türamın keçidi üçün 50 milyon avro tələb edir.

"Qalatasaray" isə bu məbləği aşağı salmağa çalışır. "sarı-qırmızılılar" transferi daha münasib şərtlərlə həyata keçirmək istəyirlər.

Qeyd edək ki, Kefren Türam 2024-cü ildən "Yuventus"da çıxış edir. (offside)

Milli.Az