İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”

10 İyun 2026 22:40

Müğənni Eldəniz Məmmədov işsizlikdən gileylənib.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Xəzər Axşamı" verilişində danışıb. O, bir sıra qurumlara işlə bağlı müraciətlər etdiyini, lakin nəticə əldə edə bilmədiyini bildirib:

"İnsan hansı zirvəyə qalxırsa, daha da yüksəyini istəyir. Mən sənətdə bir çox işlər görmüşəm. Fəxr edirəm ki, əsl Azərbaycan musiqisini qoruyub saxlamışam və ifa edirəm. Dəfələrlə efirdən də qurumlara müraciət etmişəm. İşləmək istəyirəm, evdə oturmaqla, konsert verməklə, toya getməklə keçmir belə şeylər. Ali təhsilim var, konservatoriyanı bitirmişəm. Müxtəlif yerlər var ki, orada çalışa bilərəm. Dəfələrlə müraciət etmişəm, amma xeyri yoxdur. Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur. Dəfələrlə imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma digər universitetlər, kolleclər var ki, orada çalışa bilərəm. Böyük konsert salonlarının ansamblları var, orada da işləyə bilərəm. Həmin müəssisələrin konsertlərində ifa edirəm, amma özüm orada çalışmıram. Ən çətin bəstəkar əsərlərini ifa etmək lazım olanda mənə deyirlər". (Axşam.az)

Milli.Az