Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO

10 İyun 2026 21:57

Müasir İncəsənət Muzeyində - MoMA Baku-da Barza Collection tərəfindən, MoMA Baku-nun dəstəyi ilə azərbaycanlı rəssam Tural Möyüfovun  ilk fərdi sərgisi olan "HÜDUD"un açılış mərasimi keçirilib.

Açılış mərasimində mədəniyyət və incəsənət nümayəndələri, rəssamlar, kolleksiyaçılar, sənətşünaslar və müasir incəsənətə maraq göstərən qonaqlar iştirak ediblər. Tədbirin əsas diqqət mərkəzində Tural Mövsümovun sərhəd anlayışına həsr etdiyi yeni əsərlər silsiləsi olub. Rəssam bu layihədə bədən və forma, tanışlıq və abstraksiya, daxili gərginlik və bədii ifadə arasındakı incə keçidlərə müraciət edir.

Sərginin açılışında Barza Collection-un təsisçisi və layihənin kuratoru Samirə Səfi, eləcə də rəssam Tural Möyüfov çıxış edərək layihə üzərində görülən işlərdən, sərginin konsepsiyasından və rəssamın ilk dəfə muzey məkanında fərdi sərgi ilə çıxış etməsinin əhəmiyyətindən danışıblar.

"HÜDUD" adı sərhəd anlayışına yalnız sabit xətt kimi deyil, həm də keçid və dəyişmə vəziyyəti kimi yanaşır. Tural Möyüfov əsərlərində insan fiquru bədənin birbaşa təsviri deyil, gərginliyin, hərəkətin və transformasiyanın daşıyıcısı kimi təqdim olunur. Forma öz sabitliyini itirir, dəyişir və eyni zamanda yeni təsviri güc qazanır.

forma arasında mövcuddur. Burada deformasiya dağıdıcı jest deyil, formanın sərhədlərini və onun mövcudluğunu qorumaq imkanlarını araşdıran bədii vasitəyə çevrilir.

"HÜDUD" fiqur və abstraksiya arasındakı sərhədlər, bədənin yaradıcılıq axtarışının materialına çevrilməsi və daim dəyişən formanın təbiəti haqqında düşünməyə dəvət edən sərgidir.

Açılış proqramı çərçivəsində Parvana Persiani tərəfindən Tural Möyüfovun əsərlərinə səsli cavab kimi hazırlanmış canlı sound-performance təqdim olunub. SENSUM Floristry sərginin konsepsiyası və rəssamın əsərlərindən ilhamlanan gül kompozisiyaları və buketlər nümayiş etdirib, No Bar Amaro isə açılış gecəsi üçün xüsusi hazırlanmış kokteyllər təqdim edib.

Barza Collection tərəfindən, MoMA Baku-nun dəstəyi ilə təşkil olunan "HÜDUD" sərgisi 23 iyun 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.