Hacıqabul rayonunda açıq ərazidə yanğın qeydə alınıb.
Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
_________________
Hacıqabul rayonunda açıq sahədə yanğın hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb və araşdırma aparılır.