Türkiyəli iş adamı Acun Ilıcalı sosial şəbəkələrdə məşhurlaşan balaca Hull City azarkeşi ilə bir araya gəlib.
Milli.Az xəbər verir ki, bir müddət əvvəl "Hull City"nin "Middlsbro" üzərində qazandığı 1:0 hesablı qələbəyə göstərdiyi emosional reaksiya ilə diqqət çəkən uşağın görüntüləri internetdə geniş yayılmış və çoxsaylı baxış toplamışdı.
Videonun böyük maraq doğurmasından sonra klubun sahibi Acun Ilıcalı balaca azarkeşi və atasını ofisində qonaq edib. Səmimi atmosferdə keçən görüş zamanı iş adamı azarkeşlə söhbət edib və onun futbol sevgisini yüksək qiymətləndirib.
Görüşdə Acun Ilıcalı uşağa və ailəsinə xüsusi sürpriz də edib. O, balaca azarkeşin "Hull City"nin qarşıdakı oyunlarından birini stadiondan canlı izləməsi üçün şərait yaradacağını bildirib.
Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb və çoxları Acun Ilıcalının azarkeşə göstərdiyi diqqəti təqdir edib.
Hüseyn