Yevlaxda körpə ölü doğuldu

10 İyun 2026 14:27

Yevlax rayonunda qadın ölü döl doğub.

Milli.Az xəbər verir ki, hadisə iyunun 9-da saat bir radələrində baş verib. Rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Cəfərova hamiləliyi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə gətirilib. Doğuş zamanı dölün ana bətnində öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az