“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi

10 İyun 2026 12:31

Nazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Milli.Az