Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO

10 İyun 2026 12:30

Kanadada keçirilən hərbi təlim zamanı yaşanan maraqlı hadisə sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə təlim zamanı yuxuya gedən əsgərin həmkarları tərəfindən zarafatla oyadıldığı əks olunub. Belə ki, hərbçilər əsgərin yaxınlığında topdan atəş edərək onu yuxudan oyadıblar.

Gözlənilməz səsdən diksinən əsgər qorxu və təəccüb içində yerindən sıçrayaraq ətrafına baxıb. Həmin anlar isə kameralara düşərək qısa müddətdə yayılıb.

Videoya baxan istifadəçilər hadisəni maraqla qarşılayıblar. Bəziləri bunu hərbçilər arasında edilən zərərsiz zarafat kimi qiymətləndirib, digərləri isə əsgərin reaksiyasının olduqca maraqlı olduğunu qeyd ediblər.

Sözügedən görüntülər sosial şəbəkələrdə minlərlə baxış toplayaraq müzakirələrə səbəb olub.

Hüseyn