Çində metroda qeydə alınan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə yaşlı qadınla gənc sərnişin arasında yer üstündə mübahisə yaşandığı görünür. Vaqonda boş oturacaqlar olmasına baxmayaraq, yaşlı qadın israrla gənc qızdan yerini ona verməsini tələb edib.
Bir müddət davam edən söz mübahisəsindən sonra tərəflər arasında gərginlik daha da artıb. Kadrlarda əsəblərinə hakim ola bilməyən gənc qızın sərt reaksiya verdiyi əks olunub.
Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər yaşlı insanlara hörmət göstərilməsinin vacibliyini vurğulasa da, digərləri qarşı tərəfin israrlı davranışının mübahisəni alovlandırdığını qeyd ediblər.
Sözügedən video internet istifadəçiləri arasında geniş müzakirələr yaradaraq diqqət mərkəzinə çevrilib.
Musa
Milli.Az