Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Milli.Az-a verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Milli.Az