Türkiyənin Adana şəhərində baş verən hadisə həm təəccüb, həm də sevinc doğurub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 25 yaşlı Halil Balcı kondisioner quraşdırarkən elektrik cərəyanına məruz qalıb. Güclü zərbənin təsirindən o, üçmərtəbəli binanın damından yıxılıb və ağır xəsarətlər alıb.
Hadisədən sonra xəstəxanaya çatdırılan gənc uzun müddət reanimasiyada müalicə olunub. Həkimlərin səyləri nəticəsində Halil Balcı 11 gün davam edən komadan ayılıb.
Yaxınlarının və dostlarının ümidini itirmədiyi gənc çətin müalicə prosesindən sonra sağlamlığına qovuşmağı bacarıb. Onun sağalması ətrafındakı insanlar tərəfindən əsl möcüzə kimi qiymətləndirilib.
Bərpa dövrünü uğurla başa vuran Halil Balcı yenidən gündəlik həyatına qayıdıb və iş fəaliyyətini davam etdirməyə başlayıb.
Hadisə sosial şəbəkələrdə də geniş maraq doğurub. Bir çox istifadəçi gəncin əzmkarlığını və həyata bağlılığını nümunə göstərərək ona sağlamlıq və uğurlar arzulayıb.
Musa
Milli.Az