Azərbaycanda kişini eşşək dişlədi - ÖLDÜ

10 İyun 2026 10:37

Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb.

Milli.Az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.

Milli.Az