Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü

10 İyun 2026 09:43

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Məmmədova Şəfəq Fərman qızı idarə etdiyi "Mazda" markalı avtomobillə Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Əliyeva Arzu Əhməd qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az