Azərbaycan neftinin qiymətində geriləmə - Qiymət görün neçə dollara düşdü

10 İyun 2026 09:35

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,82 ABŞ dolları və ya 4,82% ucuzlaşaraq 95,27 ABŞ dollarına enib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,72 dollar və ya 4,83% ucuzlaşaraq 92,95 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,94 dollar və ya 6,78% azalaraq 67,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,9 dollar və ya 4,97% azalaraq 93,76 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Milli.Az